Balakəndə möhtəşəm konsert proqramı

12.06.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Balakən, 12 iyun, AZƏRTAC

Bu gün Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Balakən rayon Mədəniyyət Mərkəzində qastrol konserti ilə çıxış edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı çərçivəsində baş tutan konsertdə Balakən Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştrak ediblər.

Kollektivin ifasında tamaşaçılara milli musiqi inciləri, xalq mahnıları və rəqslərdən ibarət zəngin proqram təqdim olunub.

Müxbir - Rasim İslamoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью