Balakəndə türk vətəndaşı yük maşınını aşırdı VİDEO

29.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Balakən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 28-də səhər saatlarında Poçtbinə kəndində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşına məxsus yük maşını qəzaya uğrayıb. Şahidlərin iddiasına görə, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə idarəetmədən çıxan maşın dərəyə aşıb. Nəticədə nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb. 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью