Balakəndə yabanı halda bitən narkotik tərkibli bitkilər məhv edilib

12.06.2026

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2026" şərti adlı kompleks tədbirlər nəticəsində Hənifə kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 9 ton 800 kiloqram olan 10 min 815 ədəd çətənə kolu məhv edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью