Balakəndə yaşayış evi külə döndü

21.02.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Balakəndə yaşayış evi külə dönüb.

"Unikal" xəbər verir ki, yanğın rayonun Katex kəndində, kənd sakini, 1985-ci il təvəllüdlü Balamedov Ruslan İbrahim oğluna məxsus yaşayış evində baş verib. Yanğın yerinə Balakən rayon DYMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 200 k/m olan yaşayış ev içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Seymur Əli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью