Balakəndə yaşayış evi yandı

16.12.2024

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Balakəndə yaşayış evi yanıb.

"Unikal" xəbər verir ki, yanğın  rayonun Gərəkli kəndində, kənd sakini 1978-ci il təvəllüdlü Kiçiliyeva Arzu Şəmsəddin qızına məxsus yaşayış evində baş verib. Yanğın yerinə Balakən rayon YMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı  ümumi sahəsi 60 k/v olan yaşayış  evi içərisindəki əşyalalarla birlikdə tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Seymur Əli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью