Balakəndə yol qəzasında iki nəfər ölüb

24.07.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Balakəndə ağır yol qəzası baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qullar kəndi ərazisində baş verib. “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir qapıya və hazırda fəaliyyət göstərməyən dükana çırpılıb.

İlkin məlumata görə, qəzada iki nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью