Balakəndəki kanat yolu niyə işə salınmır? VİDEO

27.01.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Balakən rayonunun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən kanat yolu uzun illərdir fəaliyyət göstərmir.

2008-ci ildə istifadəyə verilən və təxminən 10 il xidmət göstərən kanat yolu texniki nasazlıqlar səbəbindən işləmir.

Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, uzunluğu 1 200 metr olan, 6 kabinədən ibarət bu sistem Avstriya istehsalı olan avadanlıqlarla təchiz edilib və saatda 216 nəfərə xidmət göstərə bilirdi. Lakin artıq 8 ilə yaxındır ki, Balakənin simvollarından sayılan bu turizm obyekti istifadəsiz vəziyyətdə qalıb.

Kanat yolunun işləməməsi həm yerli sakinləri, həm də rayona gələn turistləri narahat edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью