Balakəndəki Minarəli məscid XVIII XIX əsr memarlığının nadir nümunələrindəndir

16.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 16 noyabr, AZƏRTAC

Balakən rayonunun mərkəzində yerləşən Minarəli məscid XVIII-XIX əsrlərin nadir memarlıq abidələrindən biri hesab olunur. Hündürlüyü 45 metr olan minarə bənzərsiz bir tarixi memarlıq abidəsi, həm də yerli əhalinin mübarizəsinin rəmzidir.

AMEA Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli AZƏRTAC-a açıqlamasında məscidin inşa tarixi və yaranma şəraiti barədə məlumat verib. O bildirib ki, XIX əsrin əvvəllərində bölgəni işğal edən Rusiya burada zorakı xristianlaşdırma siyasəti həyata keçirməyə cəhd göstərib. Bu siyasətə etiraz edən yerli əhali bölgəyə sürgün edilmiş polyaklarla birlikdə Rusiyanın müstəmləkəçilik siyasətinə qarşı üsyana qalxıb. 1863-cü ildə baş vermiş böyük üsyan amansızlıqla yatırılıb. Lakin imperiya hakimiyyəti vəziyyətin yenidən nəzarətdən çıxacağından ehtiyat edərək müəyyən güzəştlərə getməyə məcbur olub.

Tarixçinin sözlərinə görə, xüsusilə dini məsələlərlə bağlı etirazları nəzərə alan çar hakimiyyəti bölgədə məscidlərin tikintisinə qoyulmuş qadağaları aradan qaldırıb. Öz dininə və adət-ənənələrinə bağlı olan yerli əhali 1867–1877-ci illərdə Minarəli məscidi inşa edib.

Müxbir - Xatirə Cəfərova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью