Balakəndən TƏHLÜKƏLİ GÖRÜNTÜLƏR: polisə tabe olmayan avtoş belə qaçdı

10.04.2025

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Balakəndə “saxla” əmrinə tabe olmayaraq avtoxuliqanlıq edən sürücü Sahib Abdullayev saxlanılıb. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, o, idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.  

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati həbs edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью