Balakənə gedənlərin nəzərinə!

27.06.2025

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə iyunun 27-də Bakıdan Balakənə, iyunun 28-da isə Balakəndən Bakıya yola düşəcək qatarın vaqon sayını artırır.

Modern.az bu barədə ADY-yə istinadən xəbər verir. Bu tarixlərdə qatar ümumilikdə 11 vaqonla hərəkət edəcək.

Bundan başqa, 28 və 29 iyunda da Bakı-Balakən-Bakı marşrutu üzrə qatara əlavə vaqon qoşulacaq. Qatar 7 vaqonla hərəkət edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью