Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfər batıb.
“Qafqazinfo” Sumqayit24.az-a istinadən xəbər verir ki, məktəblilərin valideynləri hadisə ilə bağlı danışıb.
“Balam axşam gəldi məni qucaqladı, pul istədi. Dostum əsgər gedir, mən də onlarla gedim dedi. Balam o gedən getdi”, - deyə məktəblilərdən birinin anası bildirib.
Məlumata görə, hadisə axşam saatlarında baş verib.
“Böyük qardaşı əsgər gedir, onu qeyd etməyə gəliblər. Yemək yeyib dənizə giriblər. Həm qonşunun oğlu, həm də mənim oğlum batıb”, - Tacirin atası deyib.
Qeyd edək ki, hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir.
Daha ətraflı videoda: