Balasanyan: “Makron Ermənistana ciddi zərbə vurub”

18.07.2025

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“ABŞ dəhlizi açmaqda maraqlıdır. Çünki İranla sərhəddi nəzarətə götürmək istəyir”.

Tribunainfo.az xəbər verir ki, bunu ekspert Qriqor Balasanyan deyib.

O, Fransa prezidenti Emmanuel Makronu da sərt tənqid edib. “Heç bir Fransa prezidenti Ermənistan-Fransa münasibətlərinə Makron qədər zərər vurmayıb. Məhz o, 2020-ci ildə Azərbaycana peyklərin satılması ilə razılaşıb. Guya neft yataqlarının monitorinqi üçün. Baxmayaraq ki, əslində bunlardan 44 günlük müharibə zamanı “Bayraktar”lara istiqamət vermək üçün istifadə edilib”.

Balasanyan qeyd edib ki, Zəngəzur dəhlizinin benefisiarları olan aralıq ölkələr var. O, bunlardan birinin İsrail olduğunu deyib. “İsrail İran və Rusiyanı bölgədən çıxarmaq üçün hər şeyi edəcək”.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью