Balasanyan Qarabağ ermənisinə qəzəbləndi: Qəbuledilməzdir, cavab da vermir

16.12.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Birinci Qarabağ müharibəsinin tanınmış simalarından, keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” olmuş Vitali Balasanyan Erməni Apostol Kilsəsi ilə bağlı prosesə etiraz edib.

Globalinfo.az xəbər verir ki, Balasanyan keçmiş qondarma rejimin yeparxiyasının din xadimi Vrtanes Abrahamyanın Ermənistanın Baş naziri Nikol Paşinyanın qarşı çağırışlarını dəstəkləməsinə münasibət bildirib.

Separatçı Qarabağ ermənilərinin din xadiminin bu hərəkəti ilə razılaşmadığını söyləyib:

“Bizim “artsax” sakinləri Abrahamyanın artıq yepiskopumuz olmaması ilə bağlı bütün ermənilərin katolikosu II Qareginə məktub yazıblar. Bir çox “artsaxlı” bu müraciətə qoşulub, onun sözügedən vəzifədən kənarlaşdırılması tələb edilir. Mən də digərləri ilə birlikdə müraciətə qoşulmuşam. Ümumiyyətlə, “artsax” yeparxiyasının din xadiminin Paşinyanın kilsəyə qarşı kampaniyasını dəstəkləməsi doğru deyil. Mən məsələ ilə bağlı onunla əlaqə saxlamağa çalışdım, amma cavab vermədi. Etdiyi normal deyil, qəbuledilməzdir, çox pis addımdır”.

Qeyd edək ki, Nikol Paşinyan bir müddətdir II Qareginin övladı olduğunu, onun katolikos andını pozduğunu iddia edir və səlahiyyətlərindən geri çəkilməsi tələbi irəli sürür. Ölkədə müxalifət və din xadimlərinin çoxu baş nazirə qarşı çıxaraq kilsəyə dəstək verir, lakin Paşinyanın çağırışlarını dəstəkləyənlər də az deyil. Onun bunu etməkdə əsas məqsədinin 2026-cı ildə keçiriləcək parlament seçkilərində kilsənin təsir imkanlarını məhdudlaşdırmaq olduğu deyili. Lakin əsas məqsədin xalqa revanşist fikirlər aşılayan Erməni Apostol Kilsəsinin rəhbərliyinin dəyişdirilməsi və Azərbaycanla sülh prosesinə maneə yaratma cəhdlərinin qarşısının alınması olduğu bildirilir.

Ayşən Mustafa
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью