Icma.az bildirir, Azertag portalına istinadən.
Budapeşt, 22 iyun, AZƏRTAC
Bu yay Macarıstanın Balaton gölü rekord sayda turist qəbul edə bilər.
AZƏRTAC xəbər verir ki, turizm sektoru nümayəndələrinin qiymətləndirmələrinə görə, bölgəyə yüksək maraq əlverişli hava şəraiti, infrastrukturun inkişafı və daxili turizmin getdikcə daha çox populyarlıq qazanması ilə əlaqədardır.
Ən çox maraq göstərilən istiqamətlər sırasında Şiofok, Balatonfüred və Kesthey kurort şəhərləri yer alır. Həmin şəhərlərdə hotellər və şəxsi mənzillər üzrə yüksək səviyyədə bronlaşdırma müşahidə edilir. Turizm obyektlərinin sahibləri bildirirlər ki, yay ayları üçün sifarişlərin sayı ötən ilin göstəricilərindən nəzərəçarpacaq dərəcədə çoxdur.
Yerli hakimiyyət orqanları istirahətə gələnlərin sayının artmasının regionun iqtisadiyyatına müsbət təsir göstərəcəyini, hotel biznesini, restoranları və əyləncə sahəsini dəstəkləyəcəyini gözləyir. Qonaqların rahatlığı üçün nəqliyyat əlaqələri gücləndiriləcək, həmçinin məşhur çimərliklərdə və kurortlarda təhlükəsizliyin təmin olunması tədbirləri artırılacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt