Balaxanı Binəqədi yolunda ağır qəza XƏSARƏT ALANLAR VAR

01.05.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün gecə saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, faciəvi qəza Balaxanı-Binəqədi yolunda qeydə alınıb.

İlkin məlumata görə, "Mercedes" markalı avtomobil maneəyə çırpılıb və aşıb.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Zərbə nəticəsində avtomobil tamamilə yararsız hala düşüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hadisə ilə bağlı daha detallı məlumatlar üçün aidiyyəti qurumlara sorğu verilib.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью