Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Balaxanı yolunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 4-də günorta saatlarında baş verib. Belə ki, hərəkətdə olan “Opel”, 50-BY-127 dövlət nömrə nişanlı “Mercedes Sprinter”, 77-UN-351 dövlət nömrə nişanlı “Ford”, 90-EN-740 dövlət nömrə nişanlı “Hyundai”, 77-VX-557 dövlət nömrə nişanlı “Toyota” və “Kaiyi E5” markalı avtomobillər bir-biri ilə toqquşub.
Şahidlərin iddiasına görə, hadisəyə sürücülərdən birinin ara məsafəsini düzgün saxlamaması səbəb olub.
Qəza nəticəsində avtomobillərə maddi ziyan dəyib.
Nərmin