Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, qəza iyunun 12-də səhər saatlarında baş verib. Hərəkətdə olan “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.
Şahidlərin bildirdiyinə əsasən, hadisəyə səbəb kimi sürücünün qəfil idarəetməni itirməsi göstərilir.
Qəza nəticəsində xəsarət alan olmayıb, lakin avtomobilə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Nərmin