Balaxanıda yoldan çıxan “Mercedes” dirəyə çırpıldı VİDEO

06.02.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Sabunçu rayonu Balaxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 5-də səhər saatlarında qeydə alınıb. Belə ki, 10-VR-244 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil qəzaya uğrayıb. İddialara əsasən qəzaya səbəb sürücünün idarəetməni anidən itirməsi olub. Nəticədə yoldan çıxan maşın dirəyə çırpılaraq yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью