Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sentyabrın 5-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Balayanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər səsləndirilib.
Milli.Az AZƏRTAC-a istinadla xəbər verir ki, onun ibtidai istintaqa verdiyi ifadələrə əsasən, 1995-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb, 1998-ci ilədək Şuşada, Xankəndidə və Xocalıda yerləşən, nömrələrini xatırlamadığı hərbi hissələrdə əsgər kimi xidmət edib, bu müddətdə ona "AKS-74" avtomat silah təhkim olunub.
Xidmət etdiyi hərbi hissələrdə Rusiya Federasiyası istehsalı olan "T-55", "T-72" tipli ağır döyüş tankları, "BMP-1", "BMP-2" markalı piyadaların döyüş maşınları yerləşdirilib.
Qeyd edib ki, yuxarı komandirlərdən biri olan Levon Mnatsakanyan (hazırda həbsdə olan təqsirləndirilən şəxsdir - red.) tez-tez hərbi hissələrə gəlib döyüş hazırlığı vəziyyətini yoxlayıb.
2020-ci il sentyabrın 20-də "Xankəndi şəhəri hərbi komissarlığı" tərəfindən məcburi şəkildə "silahlı qüvvələr"in tərkibində "xidmət"ə çağırılıb və 44 günlük müharibənin ilk günlərində, yəni sentyabrın 27-dən oktyabrın 2-dək Suqovuşan qəsəbəsi ərazisində dislokasiya olunmuş "3-cü müdafiə xətti"ndə silahlı birləşmənin tərkibində döyüşlərdə iştirak edib.
Xidmət etdiyi batalyonun adı "Alaşa" olub. L.Balayan ibtidai istintaqa ifadəsində bildirib ki, 2023-cü il mayın 1-də Azərbaycanın həmin vaxt
Həmin vaxtdan "Artsakhbank" (Ermənistan bankıdır - red.) adlanan banka aid kart vasitəsilə aylıq 170 min dram, yəni 700 ABŞ dolları məbləğin