Balayev müsahibəni niyə yarımçıq saxladı? Video

25.10.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video

“Neftçi”nin qapıçısı Emil Balayev Misli Premyer Liqasının 9-cu turunda “Turan Tovuz”a qarşı keçirilən oyundan sonra (1:1) jurnalistlərin suallarını cavablandırıb.

QOL.az xəbər verir ki, komandanın kapitanı qapıçı səhvi ilə bağlı sual veriləndə müsahibəni yarımçıq tərk edib. Həmin müsahibəni təqdim edirik.

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Açığı, qarşılaşma düşündüyümüz kimi alınmadı. 30-cu dəqiqədə qırmızı vərəqə aldıq, azlıqda qaldıq. Buna baxmayaraq, sağ olsun uşaqlar, özümüzdə güc tapdıq, qol vurduq. Düzdür, ikinci hissədə də qapımızda qol gördük. Ən azından döyüşdük. Bütün komandamıza, hər bir oyunçuya təşəkkür edirəm, axıra qədər döyüşçü ruhu ilə mübarizə apardılar.

- “Neftçi” əsas rəqiblərdən heç birinə uduzmasa da, eyni zamanda qalib də gələ bilmədi. Bunu necə qiymətləndirirsiniz?

- Baş məşqimiz də demişdi. Keçən oyunlarda xal qazanmadıq, əksinə, xallar itirdik. Hamı üçün aydındır, “Neftçi” yaxşı nəticələr uğrunda mübarizə aparır. İndi belə alındı. 3 oyuna 3 xal qazandıq. Hardasa demək olar ki, 6 xal itirdik. Analizlər aparacağıq. Çalışacağıq ki, oyunumuzu yaxşılaşdıraq.

- Fərdi götürsək, qolda sizin səhviniz var idi. Ötən oyunda da Rza səhvlərlə yadda qalmışdı. Xallar belə-belə gedir...

- Məni bağışlayın, səhv söhbətini qapıçı məşqçiləri qərarlaşdırır. Sağ olun (müsahibəni yarımçıq saxlayıb miks-zonanı tərk edir).

View this post on Instagram

A post shared by QOL.az - Football/sports news (@qolaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью