Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
“Barselona”nın müdafiəçisi Alexandro Balde yanvar transfer pəncərəsində “Arsenal”a keçidə müsbət yanaşır.
Bakıvaxtı.az xəbər verir ki, informasiyanı “Football365” yayıb.
Mənbənin məlumatına görə, 22 yaşlı futbolçu yayda “Mançester Yunayted”in təklifini rədd edərək “Barselona”da qalmaq və əsas heyətdəki yerini bərpa etmək qərarına gəlib. Lakin mövsümün əvvəlində kifayət qədər oyun vaxtı ala bilməməsi onun fikrini dəyişib.
Bildirilir ki, Balde hazırda “Barselona”nın heyətində əvvəlki qədər şans qazanmır və buna görə də qış transfer pəncərəsində klubdan ayrılması gündəmə gəlib.
İspaniyanın “Nacional” nəşrinin iddiasına görə, Balde “Mançester Yunayted”dənsə, “Arsenal”a keçməyə üstünlük verir.