Balde Mançester Yunaytedə keçə bilər

24.02.2025

Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.

"Barselona"nın müdafiəçisi Alexandro Balde yay transfer pəncərəsində klubu tərk edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istiandən xəbər verir ki, "Kataloniya" klubu 21 yaşlı futbolçunu "Mançester Yunayted"ə sata bilər.

İngiltərə klubu futbolçu ilə yaxından maraqlanır.

Bu mövsüm "Barselona"nın yetirməsi bütün turnirlərdə 33 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

Baldenin "Blauqrana" ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

"Transfermarkt" portalının məlumatına görə, futbolçunun dəyəri 50 milyon avrodur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью