Baldır Yar 1 milyon izlənildi Röyadan yeni rekord

05.10.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb.

BAKU.WS xəbər verir ki, klip cəmi 2 gün ərzində yutubda 1 milyondan çox izlənilib.

Mahnı platformanın trend siyahısında isə 1-ci pilləyə yüksəlib.

"TikTok"da da böyük maraq görən "Baldır Yar"la bağlı artıq 5 mindən çox video paylaşılıb.

Son günlərin hitinə çevrilən mahnı "Apple Music"in "Top 100" siyahısına, eləcə də "Gazino", "Pusula" və "Hot List Azerbaijan" kimi məşhur pleylistlərə daxil olub.

Qısa müddətdə geniş auditoriyanın diqqətini çəkən "Baldır Yar" həmçinin "Shazam"da ən çox axtarılan mahnılar sırasında yer alıb.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью