Balet səhnəsində Azərbaycan zəfəri: Xoreoqrafımız münsifləri heyran etdi (FOTO)

02.02.2026

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Türkiyədə yaşayan azərbaycanlı, Memar Sinan İncəsənət Universitetinin müəllimi, baletmeyster-xoreoqraf Şəhriyar Cəfərov növbəti beynəlxalq mükafata layiq görülüb.

Bu barədə Qaynarinfo-ya Şəhriyar Cəfərovun özü məlumat verib.

Həmsöhbətimizin sözlərinə görə, mükafat "Uluslararası Berussa Balet ve Modern Dans” yarışması çərçivəsində təqdim olunub:

"Bu yarışmaya Memar Sinan İncəsənət Universitetinin tələbələri ilə birlikdə qatıldıq. Yarışma zamanı tələbələrim müxtəlif kateqoriyalar üzrə mükafatlar qazandılar. Klassik balet kateqoriyasında Ela Güvenç birinci, Nihal Yenidünya isə ikinci yerə layiq görüldü. Mənim müəllifi olduğum "Ave Maria – Neo" adlı klassik xoreoqrafik quruluş isə beynəlxalq münsiflər heyəti tərəfindən ‘Ən yaxşı xoreoqrafik quruluş müəllifi’ nominasiyası üzrə mükafatlandırıldı”. 

Şəhriyar Cəfərov bildirib ki, sözügedən xoreoqrafiyanı ifa edən tələbələri Habibe Duru Kayum və Atilla Tokyürek isə yarışmanın qalibi olublar.

Qeyd edək ki, Şəhriyar Cəfərov 2020-ci ildən etibarən İstanbulda yaşayır. O, 2021-ci ildə Memar Sinan İncəsənət Universitetində klassik balet ixtisası üzrə magistr təhsilini  başa vurub. Hazırda həmin ali təhsil müəssisəsində müəllim  kimi fəaliyyət göstərir və doktorantura pilləsində təhsilini davam etdirir. 

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью