Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İndoneziyanın Bali adasında ailəsi ilə birlikdə tətil edən 54 yaşlı britaniyalı turist dənizdə boğularaq ölüb.
Redaktor.az xəbər verir ki, “The Sun” qəzetinin məlumatına görə, turist ailəsi ilə birlikdə Nusa Penida turunda olub. Ailə üzvləri üzmək üçün tur gəmisinin sürücüsündən Kristal Bey çimərliyində dayanmasını istəyiblər.
Lakin təxminən bir saat sonra ailə geri qayıtmayıb. Sürücü hadisədən xəbər tutduqdan sonra təcili yardım xidmətlərinə məlumat verib.
54 yaşlı kişi sudan çıxarılaraq yaxınlıqdakı xəstəxanaya aparılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. İlkin məlumata görə, kişinin ağciyərlərinə su dolması nəticəsində ürəyi dayanıb.
Hazırda Bali polisi hadisənin dəqiq səbəblərini araşdırır.
Aytəkin TOFİQQIZI