Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İndoneziyanın Bali adası yaxınlığında təxminən 130 nəfərin olduğu sərnişin bərəsində yanğın baş verib.
BAKU.WS "Reuters"ə istinadən xəbər verir ki, hadisə bərə Lombok adası yaxınlığındakı sularda hərəkətdə olarkən qeydə alınıb. Yanğın zamanı sərnişinlərin təxliyəsinə başlanılıb.
Məlumata əsasən, gəmidə 114 sərnişin və 17 ekipaj üzvü olub. Təxliyə işlərinə 200-dən çox xilasedici cəlb edilib.
Bərənin Bali adasından Lomboka istiqamətində hərəkət etdiyi bildirilir. Yanğının səbəbi hələlik məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.