Balıkəsirdə soyğun: “Səsini çıxarma, ölərsən” Video | Icma.az
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Balıkəsir vilayətində bir nəfər zərgərlik mağazasını qarət etməyə çalışıb.
Yeniavaz.com xəbər verir ki, hadisə anı mağazadakı və ətrafdakı təhlükəsizlik kameraları vasitəsilə anbaan lentə alınıb.
Soyğunçu əvvəlcə müştəri kimi daxil olduğu mağazada bir anda silah çəkib və mağazanın qadın əməkdaşından qızıl biləzikləri çantaya doldurmağı tələb edib.
O, səsini çıxaracağı tədirdə qadını öldürməklə hədələyib. Qadın əvvəlcə onun sözünə əməl etsə də, daha sonra qışqıraraq kömək istəyib.
Ətrafdakılardan biri dərhal polis çağırıb. Bunu görən soyğunçu mağazadan çıxaraq ərazidən uzaqlaşıb.
Qaçarkən qızılla doldurduğu çanta mağazadakı rəflərdən birinə ilişib. Lakin oçantanı götürməkdən imtina edərək mağazadan çıxıb.
Həmin görüntüləri təqdim edirik: Bu gönderiyi Instagram'da gör Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu