525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Balıkesir vilayətində növbəti dəfə zəlzələ olub.
525.az Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, vilayətin Sındırğı rayonunda 4 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar 9.12 km dərinlikdə qeydə alınıb.
Ətraf bölgələrdə də hiss olunan zəlzələ zamanı hər hansı dağıntı baş verməyib.
Qeyd edək ki, Sındırğı rayonunda avqust-sentyabr aylarında müxtəlif vaxtlarda 7 dəfə zəlzələ olub.
İbrahim Cəfərov