Balıkesirdə yenidən zəlzələ olub

23.10.2025

Icma.az bildirir, 525.az portalına istinadən.

Türkiyənin Balıkesir vilayətində növbəti dəfə zəlzələ olub.

525.az Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, vilayətin Sındırğı rayonunda 3.5 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar 6.97 km dərinlikdə qeydə alınıb.

Zəlzələ zamanı hər hansı dağıntı baş verməyib.

Qeyd edək ki, Sındırğı rayonunda avqust-sentyabr aylarında müxtəlif vaxtlarda 7 dəfə zəlzələ olub.

İsgəndər Həsənov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью