525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Kasatka" kimi tanınan qatil balinalar kiçik yaxtaya hücum ediblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Portuqaliyanın Leyria dairəsində, Nazare şəhərində 55 mil məsafədə baş verib.
Portudan Lissabona gedən yaxtada 5 nəfərdən ibarət niderlandlı ailə olub. Balinaların hücumundan sonra yaxta ciddi xəsarət alıb və içərisinə su dolmağa başlayıb. Ailə başçısı çətinliklə də olsa, yaxtanı sahilə çıxara bilib. Xoşbəxtlikdən insident zamanı heç kim xəsarət almayıb.
Qeyd edək ki, bu, Portuqaliya sahillərində qatil balinaların yaxta və qayıqlara ilk hücum halı deyil. Adətən insanlara qarşı sülhsevər olan "kasatka"ların son illər aqressivləşməsinin səbəbləri bəlli deyil.
L.Tağıyeva