Balina yaxtanı BATIRDI FOTOLAR

13.08.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Alyaska sahillərində lövbər salmış yaxta balinanın zərbəsi nəticəsində batıb. Hadisə zamanı üç nəfərlik ailə gəmidə gecələyirmiş.

Redaktor.az bu haqda xarici mediaya istinadla məlumat verir.

Tanya Luis, həyat yoldaşı və 23 yaşlı oğulları Lu 1960-cı illərə aid yelkənli qayıqda səyahət edirdilər. Gecə cütlük yatarkən Lu kitab oxuyub. Bu zaman qəfil güclü gurultu eşidilib və qayıq sürətlə suya qərq olmağa başlayıb. Sonradan məlum olub ki, qayığa balina çırpılıb.

Tanyanın sözlərinə görə, ailə əşyalarını götürməyə belə vaxt tapmayıb. Onlar şişmə qayığa keçməyə çalışıblar, lakin qayıq çevrilərək suya düşüb. Cütlük onu yenidən çevirərək sahilə çıxmağı bacarıb. Oğulları isə çantasından yapışaraq onların arxasınca üzərək sahilə çatıb.

Ailə gecəni sahildə keçirməli olub. Onlar tonqal qalayıb və xilasedicilərin səhəri gün gəlməsini gözləyiblər.

Tanya yaşanan çətinliklərə baxmayaraq, həmin gecəni “sehrli” adlandırıb. O bildirib ki, tam ay doğub və ailə birlikdə tonqalın ətrafında oturub.

Balinanın qayığın gövdəsinin altında gizlənən balıqları tutmağa çalışarkən gəmiyə çırpıldığı ehtimal edilir. Bioloqlar balinanın kimliyini müəyyənləşdirmək üçün qayığın üzərindən balina dərisinə aid nümunələr toplayıblar.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью