Balinanın maketi buna görə gətirilib VİDEO YENİLƏNİB | Icma.az
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda Dənizkənarı Bulvar ərazisində "Fins" beynəlxalq təşkilatı tərəfindən okeanların mühafizəsinə diqqət çəkmək üçün fotolar sərgilənir.
Lent.az xəbər verir ki, sərgi 2 koridor olmaqla mavi və qırmızı koridordan ibarətdir.
Mavi koridorda okeanın gözəllikləri, qırmızı koridorda isə tam əksi, okeanlara vurulan ziyan və heyvanların ovlanması və s. əks olunub.
Sərgi insanların marağına səbəb olub. Qeyd edək ki, "Fins" beynəlxalq təşkilatı COP29-da olan pavilyonlardan biridir.
Okean və okean canlılarının qorunması çərçivəsində fəaliyyət göstərir.
*** 11 noyabr, saat 11:50 Xəzər dənizinin sahilində görüntülənən və müzakirələrə səbəb olan maket bundan əvvəl 2022-ci ildə Fransanın Bordo şəhərində Qaronna çayının sahilində görüntülənib.
Lent.az "oxu.az"a istinadən xəbər verir ki, təbii ölçüdə sahilə düşmüş kaşalot heykəli kəskin ekoloji problemlərə ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyıb.
Tam oxu
Xəbəri oxu