Balıq bazarında bahalaşma var (Video)

14.11.2026

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar.

Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullarda bahalaşma müşahidə olunur. Yerli balıqlar isə əsasən əvvəlki qiymətlərlə satılır.

Satıcılar deyirlər ki, qiymət artımı əsasən forel balığında hiss olunur.

Satıcıların sözlərinə görə, balığın bazara az sayda çıxması da onun qiymətinə təsir edir.

Satıcıların fikrincə, qiymət artımından əlavə, alıcılıq qabiliyyətinin zəifləməsi də satışa mənfi təsir göstərir. Onlar ötən illə müqayisədə bu il müştərilərin daha az alış-veriş etdiyini bildirirlər.

Satıcılar hesab edirlər ki, məhsul xaricdən daha çox gətirilərsə, qiyməıtlərdə enmə müşahidə edilə bilər.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью