Balıq mövsümü başladı: Qiymətlər necədir?

01.09.2026

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Bu gündən etibarən Azərbaycanda balıq mövsümü açıq elan olunub.

Qaynarinfo yeni mövsümdə balıqların qiyməti ilə bağlı araşdırma aparıb.

“Eurohome” balıq bazarından verilən məlumata görə, hazırda satışda iki növ balıq var. Onlardan biri çəki, digəri isə nərə balığıdır.

Satıcı bildirib ki, hazırda satışda olan çəki balığının bir kiloqramı 12 manata təklif olunur. Nərə balığının bir kiloqramının qiyməti 45-48 manat arasında dəyişir.

Xanı balığı isə hələlik bazara daxil olmayıb. Bildirilib ki, bəzi balıq növləri sentyabrın 15-dən sonra satışa çıxarılacaq.

Qeyd edək ki, Balıqçılıq və Akvakultura Mərkəzinin məlumatına görə, balıq ovuna tətbiq olunan moratorium sentyabrın 1-dən başa çatıb. Bu gündən etibarən Xəzər dənizində, Kür çayında, Sarısu gölündə, eləcə də Mingəçevir, Şəmkir, Araz və Yenikənd su anbarlarında müəyyən edilmiş qaydalara uyğun olaraq balıq ovu həyata keçirilə bilər.

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью