Balıq tutmağa gedən şəxsin cansız bədəni tapıldı

31.01.2025

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin Zonguldak şəhərinin Ereğli rayonunda balıq tutmaq üçün çaya gedən 45 yaşlı Adem Karataşın cansız bədəni tapılıb.

Redaktor.az xəbər verir ki, hadisə Süleymanbeylər kəndində baş verib. Karataş dostları ilə Subaşı çayına balıq tutmağa gedib, lakin onlar evə dönərkən o, bir az da qalacağını bildirib.

Gecə evə qayıtmayan Karataş üçün ailəsi polisə xəbər verib və axtarışlara başlanılıb. Səhər saatlarında çayın içində dalğıclarla axtarış aparılıb və Karataşın cansız bədəni sudan çıxarılıb.

Meyit Ereğli Dövlət Xəstəxanasının morquna aparılıb. Onun dəqiq ölüm səbəbi aparılacaq tibbi ekspertizadan sonra müəyyən ediləcək.

Kənan YUSİF 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью