Balıq tutmağa gedən yeniyetmə Araz çayında boğulub

14.07.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

İmişli, 14 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Araz çayının İmişlinin Göbəktala kəndinin ərazisindən keçən hissəsində yeniyetmə boğulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb. Balıq tutan yeniyetmə Süleyman Cahangirli çaya düşərək boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Hazırda axtarış işləri davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью