Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır. Lənkəran rayonunda 32 yaşlı kişini elektirk cərəyanı vuraraq öldürüb.
Xalqcebhesi.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Girdəni kəndi ərazisində baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü Xudaverən Şükür oğlu Əlizadə balıq tutmaq üçün Girdəniçay çayının əks tərəfinə keçərkən əlindəki balıq ovu üçün istifadə etdiyi tilov yüksək gərginlikli elektik xəttinə toxunub.
O, hadisə yerində ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verili
Faktla bağlı araşdırma aparılır. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.