Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Kayseri vilayətinin Yahyalı rayonunda balıq tutmaq üçün suvarma kanalına gedən 57 yaşlı Emir Ahmet Kurt boğularaq ölüb.
Sherg.az xəbər verir ki, bu barədə “Demirören Haber Ajansı” (DHA) məlumat yayıb.
Hadisə səhər saatlarında Kopçu və Kocahacılı məhəllələri arasındakı suvarma kanalında baş verib. Balıq tutarkən müvazinətini itirən Kurt suya düşüb.
Səhər tarlalarına gedən sakinlər yol kənarında sahibsiz avtomobil və suda üzüstə vəziyyətdə hərəkətsiz uzanan şəxsi görüblər. Onlar dərhal 112-yə məlumat veriblər.
Hadisə yerinə jandarma, yanğınsöndürənlər və tibbi yardım briqadası cəlb olunub. Sudan çıxarılan şəxsin həyatını itirdiyi müəyyən edilib.
Onun meyiti ölüm səbəbinin dəqiqləşdirilməsi üçün Yahyalı Dövlət Xəstəxanasının morquna aparılıb. Faktla bağlı araşdırma başlanıb.