Balıq tutmağa getmişdi, öldü

24.10.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Lənkəranda balıq tutan 57 yaşlı kişi ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Ürgə kəndi ərazisində baş verib. Belə ki, Lənkəran rayonunun Liman şəhər sakini 1969-cu il təvəllüdlü Fizuli Allahyar oğlu Həsənov Ürgə kəndi ərazisindən keçən Viravul çayında balıq tutarkən naməlum şəraitdə ölüb. Onun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, sözügedən ərazidə yüksək gərginlikli elektrik xətləri keçdiyindən ehtimal olunur ki, onun qarmağı elektrik naqillərinə toxunub. Əvvəllər F.Həsənovun ürəyində problem olduğu da bildirilir.

Faktla bağlı araşdırma aparılır.(APA)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью