Balıq tutmaq istəyirdi, faciəvi şəkildə öldü

20.08.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qobustanda 38 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov Qobustan kəndi ərazisində çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidən torpaq qatın qoparaq üzərinə düşməsi nəticəsində hadisə yerində ölüb

Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Şayəddin oğlu Osmanov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью