Balıq yağı BU ŞƏXSLƏRƏ zərər verə bilər

06.06.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Balıq yağı insanların düşündüyü kimi hər kəs üçün faydalı olmaya bilər - hətta müəyyən şərtlər altında sağalmanı da ləngitdiyi aparılan araşdırmalar nəticəsində müəyyən edilib.
Bizim.Media "Cell Reports" jurnalına istinadən bildirir ki, Cənubi Karolina Tibb Universitetinin apardığı yeni araşdırma göstərib ki, balıq yağının tərkibində olan EPA adlı omeqa-3 yağ turşusu bəzi hallarda beynin zədədən sonra bərpa prosesini ləngidə bilər.
 

Tədqiqat zamanı müəyyən edilib ki, təkrar yüngül beyin travması alan şəxslərdə EPA səviyyəsinin yüksək olması qan damarlarının bərpasını zəiflədə və idrak problemləri ilə əlaqəli dəyişikliklərə səbəb ola bilər.


Alimlər vurğulayırlar ki, bu nəticələr balıq yağının hamı üçün zərərli olduğunu göstərmir. Bununla belə, xüsusilə beyin travması keçirmiş insanlarda bu əlavələrin təsirinin daha ətraflı araşdırılmasına ehtiyac var.
Aynur, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью