525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hindistanda balıqçılar çaya düşmüş və boğulmaqda olan fil balasını xilas ediblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, olay Qərbi Benqaliya ştatında, Tista çayında yaşanıb.
Çaya düşən fil balası güclü axın üzündən batarkən taxta qayıqda olan 5 balıqçı onu görüb. Bir xeyli əziyyətdən sonra balıqçılar fil balasına yetişərək onu qayığa qaldıra biliblər. Əldən düşən və ölümün bir addımlığında olan heyvan sahilə çıxarılaraq Baykunthapur meşə departamentinin əməkdaşlarına təhvil verilib. Daha sonra isə bala fil sürünün olduğu əraziyə aparılıb və anasına qovuşub.
Qeyd edək ki, baş verənlər sosial şəbəkələrdə yayılıb və izləyicilərin geniş marağına səbəb olmaqla yanaşı onların rəğbətini qazanıb.
L.Tağıyeva