Balıqçılar arasında qarşıdurma: Ölü və yaralılar var

25.02.2025

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Keniya-Efiopiya sərhədində Omo çayı yaxınlığında yerləşən Lopeymukat və Natira bölgələrində efiopiyalı və keniyalı balıqçılar arasında münaqişə baş verib. 

Münaqişə nəticəsində 13 efiopiyalı həyatını itirib, 3 efiopiyalı isə yaralanıb. 22 keniyalı yoxa çıxıb. 

"Cebheinfo.az" xəbər verir ki, Keniyanın Turkana qubernatoru Jeremiah Lomorukai qarşıdurmaların ötən şənbə axşam saatlarında baş verdiyini və 15 qayığın oğurlandığını bildirib. Lomorukai Efiopiyanın Daseneç etnik qrupundan olan 6 balıqçının xilas edilərək ölkələrinə qayıtdığını açıqlayıb. 

Keniyanın daxili işlər naziri Kipçumba Murkomen sərhədə əlavə təhlükəsizlik qüvvələrinin yerləşdirildiyini və Efiopiya tərəfi ilə əlaqə saxlayaraq iki icma arasında sülhün bərqərar olması üçün çalışdıqlarını açıqlayıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью