Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Türkiyənin Elazığ şəhərində yerləşən Xəzər gölündə keçirilən III Beynəlxalq Xəzər Sazan Kubokunda Azərbaycan Su İdmanı Federasiyasını təmsil edən “BAKI” Balıqçılar Klubunun idmançıları uğurlu nəticə əldə ediblər.
Oktyabrın 10-dan 17-dək 7 gün davam edən karpfişinq (sazan balığının idman məqsədilə ovu) yarışı 48 komandanın iştirakı ilə baş tutub. Türkiyə, Almaniya, İran, Səudiyyə Ərəbistanı və Azərbaycandan olan komandaların mübarizə apardığı turnirdə rəqabət gərgin keçib.
Azər Əliyev, Hüseyn Qeybi və Nihad Camalovun mübarizə apardığı komanda ümumilikdə 88,265 kiloqram (12 balıq), TOP 5 göstəricisi üzrə isə ümumi çəkisi 52,580 kiloqram olan sazan balıqlarının nəticəsi ilə yarışı ikinci pillədə başa vuraraq gümüş medala sahib olublar.
Qabil YUSİFOĞLU
XQ