Balıqçıların toruna qadın meyiti düşdü

14.03.2025

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın Massaçusets ştatının sahillərində balıqçı gəmisinin toruna qadın meyiti ilişib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, balıqçılar limana qayıdandan sonra tutulan cəsədləri polisə təhvil veriblər. Məhkəmə-tibbi ekspertiza qadının təxminən 60 yaşında olduğunu müəyyən edib.

Onun çoxsaylı bədxassəli şişləri olduğu üzə çıxıb.

Səlahiyyətlilər qadının böyük ehtimalla dənizdə basdırıldığı qənaətinə gəliblər. Ekspertlər onun şəxsiyyətinin müəyyən edilməyəciyini bildirirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью