Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə yanvarın 23-də İstanbulda Balkan Sülh Platformasının ikinci iclası keçiriləcək.
Bakıvaxtı.az-ın məlumatına görə, toplantıya Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Kosovo, Şimali Makedoniya və Serbiya XİN başçılarının qatılacağı gözlənilir.
İclasda regional mülkiyyət prinsipinin əhəmiyyəti, Balkan Sülh Platformasının mövcud regional və beynəlxalq proseslərə alternativ deyil, əksinə, onları tamamlayacaq və dəstəkləyəcək bir vasitə olması, Türkiyənin Balkanlarda sülhə, dialoqa və rifaha töhfə verəcək konkret layihələrə əsaslanan əməkdaşlıq üçün zəmin yaratması, Avropa İttifaqının genişlənmə prosesinin regional həssaslıqları nəzərə alan və birləşdirici bir çərçivədə aparılmasının vacibliyi vurğulanacaq.
Qeyd edək ki, Balkan Sülh Platforması Türkiyənin rəhbərliyi ilə regional mülkiyyət anlayışına əsaslanaraq bölgə məsələlərinə davamlı həll yollarının tapılmasına töhfə vermək məqsədilə qurulub. Platformanın ilk iclası 2025-ci il iyulun 26-da İstanbulda keçirilib.