Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Benfika" UEFA Çempionlar Liqasının sonn turunda nəhəng "Real Madrid"i qapıçısının 90+8-ci dəqiqədə vurduğu tarixi qolla 4-2 hesabı ilə məğlub edərək, pley-offa vəsiqə qazanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, xalını 9-a çatdırmaqla məhz qapçının vurdğu qolun yaratdığ top fərqi ilə ilk 24-lüyə qalan "Benfika"nın baş məşqçisi Joze Mourinyo oyundan sonra isthzalı və ünvansız replikalar atıb.
O, "Real Madrid"i məğlub etməyin tarixi hadisə olduğunu deyib: "Matç qeyri-adi bir ssenari ilə bitdi. Qalib gəlirsən, amma bu kifayət deyil; "bütün işlər görüldü" deyirsən, amma yenə də kifayət deyil; Risk etməlisən, dəyişikliklər etməlisən. Son anda hesab 3-3 də ola bilərdi və biz məğlub olardıq. "Real Madrid"i məğlub etmək həmişə çox xüsusi haldır. Turnirdəki gələcəyimiz nə olursa olsun, bu qələbə tarixidir. İqtisadi cəhətdən vacibdir, amma prestij baxımından daha vacibdir. Qapçımızın qoluna gəldikdə, onu son dəqiqələrdə irəli göndərmək riskli qərar idi. Bəzi insanlara müraciət və xahiş edirəm özünüzü məhv etməyin, intihara cəhd etməyin, balkonlardan tullanmayın. Sakitləşin. "Benfika" uduzacaq, sonra bizi yenidən tənqid edə bilərsiniz. Tək istədiyim "Benfika" və onun oyunçularına bir az hörmətdir".
Fərid ASLAN
MİA.AZ