Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
"11 illik buraxılış imtahanlarından 300 bal toplayanların sayında azalma müşahidə edirik. Lakin şəxslərin 300 baldan aşağı yığması o demək deyil ki, ali təhsil müəssisələrinə keçid balı aşağı düşəcək. Məsələn, müəyyən sayda abituriyent 300 yox, 290 bal yığıb. 290 ilə 300 arasında böyük bir keyfiyyət fərqi yoxdur".
Bu fikirləri Redaktor.az-a açıqlamasında "Master of Science" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi.
"Nəzərə alaq ki, bu il ali məktəbə sənəd verən abituriyentlərin sayı da çoxdur. Bunun paralelində plan yeri də çox güman ki, çox olacaq. Düşünürəm ki, prestijli ixtisaslarda balların azalması elə də müşahidə olunana oxşamır. Amma cəmiyyətdə yayılıb ki, ballar aşağı düşəcək, bu heç də həqiqəti, rəsmi mövqeyi əks etdirmir. Düzdür, yüksək bal yığanların sayının az olması prestijli ixtisaslarda balın enməsinə dəlalət edə bilər, eləcə də ümumilikdə plan yerinin artırılması da balların enməsinə gətirib çıxara bilər. Amma faktiki olaraq plan yerinin artırılması, nə qədər bal yığanların sayının müəyyən olunmaması, blok imtahanlarının hələ baş tutmaması gələcəkdə keçid balının necə formalaşacağını deməyə imkan vermir", - deyə o qeyd etdi.
Aytəkin TOFİQQIZI