Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Balın öz faydaları olduğu kimi, ballı suyun da öz faydaları var. Elə isə onlar hansılardır?
1. Artıq çəkidən xilas edir: Ballı su içmək artıq çəkidən xilas edir. Belə ki, balın tərkibindəki şəkər sağlam kalori mənbəyi olan təbii şəkərdir. Digər tərəfdən, ballı suyun qazlı və şəkərli içkilərə qarşı hiss etdiyiniz tələbatla mübarizədə də çox böyük rolu var. Bu içkilərə qarşı olan tələbatı azaltmaqla, həm kalori qəbulunu azalda, həm də artıq çəkidən xilas ola bilərsiniz.
2. Hər damlasında fayda var: Səhərlər bir stəkan ballı su içmək (ilıq olmaq şərti ilə) həzm sistemimizin nizamlanmasına kömək edir. Balın antiseptik təsiri isə mədəmizdəki turşuluq dərəcəsini azaldır. Digər tərəfdən, ballı su qalın bağırsağımızın susuz qalmasının qarşısını alır və nəticədə, qəbizlik problemini aradan qaldırır.
3. İmmunitet sistemini gücləndirir: Bal təəccüb ediləcək dərəcədə antibakterial təsirə malikdir. Sadəcə olaraq, istifadə etdiyiniz balın təbii olmasından əmin olmalısınız. Çünki ancaq təbii balda bakteriyalara qarşı faydalı olan fermentlər mövcuddur. Balın tərkibindəki antioksidantlar isə mənfi xarakterli sərbəst radikallara qarşı mübarizə aparmaq üçün faydalıdır.
4. Allergiyalara qarşı qalxan: Xüsusilə də, yaşadığımız bölgəyə aid olan baldan istifadə etmək eyni zamanda orqanizmimizin o bölgədəki tozcuqlara qarşı müqavimətinin artması deməkdir. Digər tərəfdən, ballı suyun ekoloji allergiyalara qarşı olan həssaslığımızın azalmasında da rolu az deyil.
5. Əsl enerji mənbəyidir: Enerjinizi artırmaq üçün qəhvə əvəzinə ballı suya üstünlük verin. Çünki qəhvə içməklə özünüzü yorğun və halsız hiss edə bilərsiniz. Buna səbəb isə qəhvənin həm sidikqovucu olması, həm də orqanizminizin susuz qalmasına gətirib çıxarmasıdır.
6. Boğaz ağrısını azaldır: Digər tərəfdən, ballı su boğazdakı ağrını və qıcığı azaltmağa da kömək edir. Belə ki, ilıq su boğazınızı yumşaltdığı halda, bal da boğazınızın nazik bir təbəqə ilə örtülməsinə kömək edir. Bu, eyni zamanda öskürəyin fəallığını azaltmaq üçün də faydalıdır.
7. Mineral və vitamin mənbəyi: Balın tərkibində olan mineral və vitaminlər ballı suyun qida dəyərini artırır. Ancaq buna baxmayaraq ballı sudan istifadə edərkən əsas məsələ ölçüdən kənara çıxmamaqdır. Buna görə də, gündə maksimum 2-3 stəkan ballı su içməli, 1 stəkan suya əlavə edəcəyiniz balın miqdarı isə 1 desert qaşığını keçməməlidir. Bunun bir səbəbi də balın funksional bir qida olması ilə bağlıdır.
8. Orqanizmi toksinlərdən təmizləyir: Ballı su orqanizminizin toksinlərdən təmizlənməsinə də kömək edir. Belə ki, mütəmadi olaraq ballı su içməklə xəstəliyə səbəb olan toksinlərdən xilas ola bilərsiniz. Əgər bu tərkibə limon da əlavə etsəniz, onun faydasını daha da artırmış olarsınız.
9. Qaz probleminə kömək edir: Bağırsaqlarınız ağrıyırsa və ya bağırsaqlarınızda qaz varsa, bir stəkan ballı su içmək bu problemlərinizi aradan qaldırmağa kömək edər. Çünki ballı suyun həm ağrının azaldılmasında, həm də qazın zərərsizləşdirilməsində rolu böyükdür.
10. Sağlamlığınızın keşikçisi: Ballı su içmək təkcə orqanizminizdəki hidratasiyanı artırmır, həm də orqanizminizdəki müsbət xolesterol səviyyəsini yüksəldir. Digər tərəfdən, ballı su kardiovaskulyar gərginliyin azalmasında da kifayət qədər böyük rola malikdir. Bu baxımdan, ballı su ürək-damar xəstəliklərinə qarşı da çox faydalıdır.
Murad Məmmədov