Ballı suyun faydaları

16.11.2024

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Ballı su ən faydalı içkilərdən biridir. Ballı suyu səhər oyandıqdan dərhal sonra (acqarına) və axşam yatmazdan 30 dəqiqə əvvəl içmək lazımdır.

1 çay qaşığı bal 1 stəkan təmiz (qaynanmış deyil, dükanlarda butulkalarda satılan) ilıq (isti olmaz!) suya əlavə edin, qarışdırın və kiçik qurtumlarla için.

Ballı suyun faydaları:

- immun sistemini möhkəmləndirir, orqanizmin davamlılığını artırır

- sakitləşdirir, stresi, gərginliyi azaldır

- həzm sisteminə antiseptik, mikrob, göbələk, qurd əleyhinə təsir göstərir, mikrofloranı yaxşılaşdırır

- bağırsaqları təmizləyir

- qaraciyərin fəaliyyətinə müsbət təsir edir, qaraciyəri möhkəmləndirir

- bronxit, zökəm, soyuqdəymə zamanı yaxşı müalicəvi təsir edir

- orqanizmi toksinlərdən və şlaklardan təmizləyir

- qanın tərkibinə müsbət təsir göstərir

- maddələr mübadiləsi proseslərini yaxşılaşdırır

- beyinin fəaliyyətinə müsbət təsir edir

- böyrəkləri təmizləyir

- dərinin vəziyyətini yaxşılaşdırır.

Ən azı 1 ay ərzində gündə 2 dəfə ballı su qəbul edin. Bu sizin sağlamlığınıza çox müsbət təsir göstərəcək.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью